Sportarena.az
17 Dekabr 2017

ÇL-də qrup mərhələsi başa çatdı - YENİLƏNİB

12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasının E, F, G və H qruplarında oyunlara yekun vurulacaq. 

 

Sportarena.az xəbər verir ki, günün ən çox maraq doğuran oyunlarından biri “Liverpul”la “Spartak” arasında keçiriləcək. Məhz bu matçda bu komandaların ÇL-dəki taleyinə aydınlıq gələcək. “Qırmızılar”a növbəti mərhələyə adlamaq üçün heç-heçə də sərf edir. Moskva klubu isə bunun üçün Liverpuldan 3 xalla qayıtmalıdı. “Sevilya” isə 1/8 final hədəfinə çatmaq üçün səfərdə qrupun autsayderi olan “Maribor”u məğlub etməyə çalışacaq.

 

F qrupunda “Şaxtyor”la “Napoli”nin taleyinə aydınlıq gələcək. Neapol təmsilçisi qrupun autsayderi olan “Feyenoord”la səfər matçından 3 xalla ayrılmaqla yanaşı, iddiası qalmayan “Mançester Siti”nin səfərdə “Şaxtyor”u məğlub etməsinə ümid edəcək.

 

Bu gün keçiriləcək “Real” - “Borussiya” matçı əvvəllər günün ən çox maraq doğuran qarşılaşması sayıla bilərdi. Ancaq “kral klubu”nun artıq növbəti mərhələyə vəsiqəni təmin etməsi, Dortmund klubunun isə 1/8 finala vəsqə şansının qalmaması bu oyuna olan marağı azaldır.

 

Çempionlar Liqası, qrup mərhələsi

6 dekabr

E qrupu

23:45 Liverpul (İngiltərə) - Spartak (Rusiya) 7:0

23:45 Maribor (Sloveniya) - Sevilya (İspaniya) 1:1

 

F qrupu

23:45 Şaxtyor (Ukrayna) - Mançester Siti (İngiltərə) 2:1

23:45 Feyenoord (Hollandiya) - Napoli (İtaliya) 2:1

 

G qrupu

23:45 Leyptsiq (Almaniya) - Beşiktaş (Türkiyə) 1:2

23:45 Portu (Portuqaliya) - Monako (Fransa) 5:2

 

H qrupu

23:45 Tottenhem (İngiltərə) - APOEL (Kipr) 3:0

23:45 Real (İspaniya) - Borussiya D (Almaniya) 3:2

Tarix
07.12.17 [01:40]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Dekabr
16 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio