Millimizin rəqibləri müəyyənləşdi

16:15 6 Dekabr 2017

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan yığması seçmə mərhələdə Çexiya, Norveç və Albaniya milliləri ilə birlikdə 8-ci qrupda yer alıb. Oyunlar gələn ilin payızında start götürəcək. Hər qrupda ilk 2 yeri tutmuş komanda və ən yaxşı göstəriciyə malik 4 qrup 3-cüsü 2019-cu ilin martında keçiriləcək elit-raunda vəsiqə qazanacaq.

 

Avropa çempionatının final mərhələsi isə 2019-cu ilin mayında, İrlandiyada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti