Ronaldodan daha bir ilk

10:31 7 Dekabr 2017

İspaniyanın “Real” klubunun hücumçusu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında növbəti rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı futbolçu bu gecə keçirilən Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə ev oyununda qol vurmaqla növbəti ilki gerçəkləşdirib. Madridlilərin ikinci qolunun müəllifi olan Ronaldo bununla ÇL-in qrup mərhələsində 6 oyunun hamısında rəqib qapısına yol tapan ilk futbolçuya çevrilib.

 

İlk yarıdan sonra “Real” Almaniya təmsilçisi önündə 2:1 hesabıyla üstün durumdadı.


Digər xəbərlər

Xəbər xətti