Mətbuat konfransına "Zorro" kimi gəldi - VİDEO

Sportarena.az      7 Dekabr 2018, 10:56

“Şaxtyor”un baş məşqçisi Paulu Fonseka maraqlı addım atıb.

 

Sportarena.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Mançester Siti” ilə keçirilən oyundan (2:1) sonra mətbuat konfransına xəyali qəhrəman "Zorro"nun kostyumunda gəlib.

 

Buna səbəb qrup mərhələsinin başlamasından öncə keçirilən mətbuat konfransların birində bu barədə vəd verməsi səbəb olub. Belə ki, o, İngiltərə klubuna qalib gələcəkləri təqdirdə məhz bu geyimi geyinəcəklərinə söz veib.

 

"Bu, karyeram ərzində ən şən mətbuat konfransıdı. Hər kəs sevinir, gülümsəyir. Alen Delonun, yoxsa Antonio Banderasın "Zorro"sunu bəyənirəm? Cavab vermək çətindi. Bu gün Fonsekanın "Zorro"sunu daha çox bəyəndim. Bu kostyumu kolidorda geyindim, heç futbolçularım da görməyiblər. İnanıram ki, bu zarafat uzun müddət xatırlanacaq”.

 

Qeyd edək ki, "Şaxtyor" "Siti" üzərində qələbə ilə adını 1/8 finala yazıb.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin