AL-də qrup mərhələsi başa çatdı - YENİLƏNİB

02:17 8 Dekabr 2017

Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, Qazaxıstanın “Astana” klubu tarixi ərzində ilk dəfə qrup mərhələsini adlaya bilər. Bunun üçün qazaxlar səfərdə “Slaviya”nı məğlub etməlidi. Çexiya təmsilçisinə isə doğma meydanda heç-heçə də sərf edir.

 

C qrupunda mübarizə aparan “Başakşəhər”in də taleyinə bu gün aydınlıq gələcək. İstanbul təmsilçisi Avroliqada 1/16 funal mərhələsinə vəsiqə qazanmaq üçün doğma meydanda qrup lideri, artıq növbəti mərhələyə vəsiqəni təmin etmiş “Braqa”nı məğlub etməlidi. Ancaq türklərin taleyi heç də özlərindən asılı deyil. Belə ki, “narıncı-göylər”in mərhələ adlaması üçün “Hoffenhaym” da “Ludoqorets”i üstələməlidi.

 

Türkiyənin qitənin ikinci dərəcəli klub turnirindəki digər təmsilçisi “Konyaspor”un işi isə daha çətindi. Konya təmsilçisi mərhələ adlamaq üçün səfərdə “Gimaraynş”ı məğlub etməklə yanaşı, artıq növbəti mərhələyə vəsiqəni təmin etmiş “Zalsburq”un Fransada “Marsel”i məğlub etməsinə ümid etməlidi.

 

Avropa Liqası, qrup mərhələsi

7 dekabr

A qrupu

22:00 Slaviya (Çexiya) - Astana (Qazaxıstan) 0:1
22:00 Vilyarreal (İspaniya) - Makkabi (Təl-Əviv, İsrail) 0:1

 

B qrupu

22:00 Yanq Boyz (İsveçrə) - Skenderbeu (Albaniya) 2:1
22:00 Dinamo (Kiyev, Ukrayna) - Partizan (Serbiya) 4:1

 

C qrupu

22:00 Hoffenhaym (Almaniya) - Ludoqorets (Bolqarıstan) 1:1
22:00 Başakşəhər (Türkiyə) - Braqa (Portuqaliya) 2:1

 

D qrupu

22:00 Austria (Avstriya) - AEK (Yunanıstan) 0:0
22:00 Riyeka (Xorvatiya) - Milan (İtaliya) 2:0

 

E qrupu

22:00 Apollon (Kipr) - Everton (İngiltərə) 0:3
22:00 Atalanta (İtaliya) - Lion (Fransa) 1:0

 

F qrupu

22:00 Kopenhagen (Danimarka) - Şerif (Moldova) 2:0
22:00 Zlin (Çexiya) - Lokomotiv (Rusiya) 0:2

 

G qrupu

00:05 Hapoel (Beer-Şeva, İsrail) - Viktoriya (Plzen, Çexiya) 0:2
00:05 Styaua (Rumıniya) - Luqano (İsveçrə) 1:2

 

H qrupu

00:05 Arsenal (İngiltərə) - BATE (Belarus) 6:0
00:05 Srvena Zvezda (Serbiya) - Köln (Almaniya) 1:0

 

İ qrupu

00:05 Marsel (Fransa) - Zalsburq (Avstriya) 0:0
00:05 Gimaraynş (Portuqaliya) - Konyaspor (Türkiyə) 1:1

 

J qrupu

00:05 Herta (Almaniya) - Ostersund (İsveç) 1:1
00:05 Zarya (Ukrayna) - Atletik (İspaniya) 0:2

 

K qrupu

00:05 Vitess (Hollandiya) - Nitsa (Fransa) 1:0
00:05 Sulte-Varegem (Belçika) - Latsio (İtaliya) 3:2

 

L qrupu

00:05 Real Sosyedad (İspaniya) - Zenit (Rusiya) 1:3
00:05 Vardar (Makedoniya) - Rusenborq (Norveç) 1:1


Digər xəbərlər

Xəbər xətti