DÇ-nin püşkü atıldı - Millimizin rəqibləri kimlərdi?

12:36 7 Dekabr 2017

Qadın voleybolçulardan ibarət millimizin 2018-ci ildə Yaponiyada keçiriləcək  dünya çempionatındakı rəqibləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, püşkə əsasən, komandamız ABŞ, Rusiya, Cənibi Koreya, Tailand və Trinidad və Tobaqo yığmaları ilə birgə C qrupunda mübarizə aparacaq.

 

Qeyd edək ki, dünya çempionatı gələn il  29 sentyabr - 20 oktyabrda Yaponiyanın 6 şəhərində - Yokohama, Hamamatsu, Kobe, Naqoya, Osaka və Sapporoda keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti