Şehiç bu göstəricidə ÇL-in ən yaxşısı oldu

13:35 7 Dekabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsi ərzində ən çox seyv edən qapıçıların adlarına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, qitənin nüfuzlu klub turnirində ölkəmizi təmsil edən "Qarabağ"ın futbolçusu İbrahim Şehiç siyahıda birinci olub. Belə ki, 29 yaşlı qolkiper 35 seyv edərək həmkarlarını qabaqlayıb.

 

 “Maribor”un çərçivə qoruyucusu Yasmin Handanoviç 32 qurtatış edib, MOİK-in qolkiperi İqor Akinfeyevin hesabında 29 seyv var. Andrey Pyatov (“Şaxtyor”) 25, Silvio Proto (“Olimpiakos”) 24 zərbə dəf etməklə ilk “beşlik”də yer alıb.


Digər xəbərlər

Xəbər xətti