"Sumqayıt"la "Qarabağ"la oyuna itkilərlə hazırlaşır

14:29 7 Dekabr 2017

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Sumqayıt” hazırlıqlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, "kimyaçılar" bu gün saat 11:00-da Sumqayıtda növbəti məşqini keçirib. Cavid İmamverdiyev və Cavid Tağıyev zədə səbəbindən məşq prosesində iştirak etməyib. Bundan başqa, əvəzedici heyətdən 4 futbolçu - Süleyman Piriyev, Tural Bayramlı, Ramil Orucov və Elvin Nəsibov əsas komanda ilə birgə çalışıb. 1,5 saat davam edən məşq prosesində əsasən toplu çalışmalar və fərdi hazırlığa üstünlük verilib.  

 

“Qarabağ” - “Sumqayıt” qarşılaşması 11 dekabr, saat 19:00-da “Azersun Arena”da keçiriləcək. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti