Bosniya və Herseqovinadan Fatih Terimə təklif

14:51 7 Dekabr 2017

\Türkiyəli mütəxəssis Fatih Terim Bosniya və Herseqovina millisini çalışdıra bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə Mehmed Bajdareviçlə yollarını ayıran Bosniya və Herseqovina Futbol Federasiyasının rəhbərliyinin Terimin xidmətində maraqlı olduğu, onunla görüşməyi planlaşdırdıqları qeyd edilib. Vaxtilə “Qalatasaray”da forma geyinmiş bosniyalı futbolçu Tarık Hodziçin vasitəçiliyi ilə reallaşacaq görüşün İstanbulda baş tutması gözlənilir. Görüşün bu gün baş tutacağı deyilir.

 

Xatırladaq ki, bir müddət öncə millimizin sabiq baş məşqçisi Robert Prosineçkiyə Bosniya və Herseqovina yığmasından təklif gəldiyi barədə xəbərlər yayılmışdı.


Xəbər xətti