"Atletiko"da ciddi itki

15:33 7 Dekabr 2017

“Atletiko”nun hücumçusu Antuan Qrizmann sıradan çıxıb.

 

Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin “Çelsi” ilə səfər oyununda (1:1) zədələnən fransalı hücumçu bir müddət komandasına kömək edə bilməyəcək.

 

İspaniyanın AS nəşrinin yaydığı məlumata görə, omba sümüyündən zədə alan Qrizmann ən azı 1 həftə yaşıl meydanlardan kənarda qalacaq. Onun İspaniya La Liqasının növbəti turu çərçivəsində keçiriləcək “Betis”lə səfər oyununu buraxacağı dəqiqdi. Hücumçunun gələn həftə baş tutacaq “Alaves”lə matçda şans qazanması isə sual altındadı.


Digər xəbərlər

Xəbər xətti