AÇ-2020: A qrupunun oyunları Bakıda

Sportarena.az      7 Dekabr 2018, 22:53

2020-ci il Avropa çempionatının açılış oyunu İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək. 

Sportarena.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransında açıqlama verib.

 

Sloveniyalı funksioner bildirib ki, A qrupunun oyunlarını Roma ilə yanaşı, Bakı da qəbul edəcək. Sankt-Peterburq (Rusiya) və Kopenhagendə (Danimarka) B, Amsterdam (Hollandiya) və Buxarestdə (Rumıniya) C, London (İngiltərə) və Qlaqzoda (Şotlandiya) D, Bilbao (İspaniya) və Dublində (İrlandiya) E, Münhen (Almaniya) və Budapeştdə (Macarıstan) isə F qrupunun oyunları təşkil olunacaq.

 

Qaydalara əsasən, final mərhələsinə yüksələcək ölkənin yığması Avropa çempionatının təşkilatçılarından olsa, bu komanda qrup mərhələsinin ən azı 2 oyununu öz meydanında keçirəcək. 

 

Belçikanın paytaxtı Brüssel isə təşkilatçı şəhərlər siyahısından çıxarılıb. Buna səbəb Milli Stadionun inşasının ləngiməsidir. Əvəzində qrup oyunlarını Londondakı "Uembli" stadionu qəbul edəcək. Bu arenada qrup mərhələsinin oyunlarından əlavə, 1/8 final, yarımfinal və final oyunları təşkil olunacaq. Bakıda isə qrup mərhələsinin 3 görüşündən əlavə, 1/4 final oyunlarından 1-i nəzərdə tutulub.

 

Çempionat 2020-ci ilin iyul-iyul aylarında keçiriləcək. Hələlik dəqiq tarix müəyyənləşməyib.

 

Qeyd edək ki, 2020-ci il Avropa çempionatının Azərbaycan paytaxtındakı oyunları Bakı Olimpiya Stadionunda olacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin