Avropa Liqası: 1/16 finalın bütün iştirakçıları

10:31 8 Dekabr 2017

Avropa Liqasında 1/16 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən komandalar bunlardı:

 

Qrup qalibləri: “Vilyarreal” (İspaniya), “Dinamo” (Kiyev, Ukrayna), “Braqa” (Portuqaliya), “Milan” (İtaliya), “Atalanta” (İtaliya), “Lokomotiv” (Rusiya), “Viktoriya” (Plzen, Çexiya), “Arsenal” (İngiltərə), “Zalsburq” (Avstriya), “Atletik” (İspaniya), “Latsio” (İtaliya), “Zenit” (Rusiya).

 

Qrup ikinciləri: “Astana” (Qazaxıstan), “Partizan” (Serbiya), “Ludoqorets” (Bolqarıstan), AEK (Yunanıstan), “Olimpik” (Lion, Fransa), “Kopenhagen” (Danimarka), “Styaua” (Rumıniya), “Srvena Zvezda” (Serbiya), “Olimpik” (Marsel, Fransa), “Ostersun” (İsveç), “Nitsa” (Fransa), “Real Sosyedad” (İspaniya).

 

Qeyd edək ki, Avroliqanın 1/16 final mərhələsinin püşkatma mərasimi dekabrın 11-də keçiriləcək.


Xəbər xətti