"Qarabağ" qalib gəldi - YENİLƏNİB

20:53 8 Dekabr 2017

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turdan təxirə salınmış “Səbail” - “Qarabağ” oyunu keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi bu oyunda qalib gələcəyi təqdirdə, ən yaxın izləyicisi ilə xal fərqini 6-ya yüksəldəcək. "Səbail" isə doğma meydanda keçirəcəyi ikinci oyundan xalla ayrılmaq arzusundadı.

 

Bu qarşılaşma 2017-ci ildə keçirilən son çempionat oyunu olacaq. Premyer Liqada 3-cü dövrəyə gələn ilin fevralında start veriləcək.  

 

Azərbaycan Premyer Liqası, 4-cü turdan təxirə salınan oyun

8 dekabr

19:00 Səbail - Qarabağ 0:2

Qollar: Pedro Enrike, 57. Dani Kintana, 69-p.
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Vüsal Əliyev
Bakı. “Bayıl Arena".

 

Səbail: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 14. Yamin Ağakərimzadə, 17. Vüqar Nadirov, 20. Eltun Yaqublu (k), 26. Kamal Qurbanov, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 18. Adrian Popoviçi, 23. Ayron Stati, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev

Baş məşqçi: Samir Əliyev

 

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 2. Qara Qarayev, 8. Markos Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 47. Əsgər Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 88. Elşən Abdullayev

Baş məşqçi: Qurban Qurbanov


Digər xəbərlər

Xəbər xətti