"Neftçi" ona görə "Qarabağ"la danışıqlara başladı - ÖZƏL

11:46 8 Dekabr 2017

Tərlan Əhmədovun baş məşqçi təyin edilməsindən sonra toparlanmağa başlayan "Neftçi" mövsümün ikinci yarısında daha yaxşı çıxış etməyi planlaşdırır.

 

Sportareana.az xəbər verir ki, "ağ-qaralar" bu məqsədlə heyətini gücləndirməyə çalışır. Xüsusilə klubun müqavilə bağlamağa hazırlaşdlğı Nizami Hacıyevin məlum səbəblərdən ömürlük futboldan uzaqlaşdırılmasından sonra Əhmədovun transfer planları pozulub. "Neftçi" transfer məsələsində növbəti uğursuzluqla üzləşməmək üçün artıq indidən hərəkətə keçib ki, hədəfdəki futbolçularla bağlı başqa problemlərlə üzləşməsinlər.

 

Əldə etdiyimiz məlumata görə, "Neftçi" rəhbərliyi "Qarabağ"ın bir futbolçusunun keçidini həll etmək üçün əməlli işlərə başlayıb. "Ağ-qaralar" milli komandanın da üzvü olan Rahid Əmirquliyevə görə Ağdam klubunun qapısını döyüb. Tərəflər arasında ilkin danışıqlar baş tutsa da, təfərrüatlar bizə məlum deyil. Məlum olan odu ki, "Qarabağ"da əsas heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçi "Neftçi"də çıxış etməyə etiraz etmir.


Xəbər xətti