Avropa Liqasında səbətlər müəyyənləşdi

12:06 8 Dekabr 2017

Avropa Liqasının 1/16 final mərhələsinin püşkatması üçün səbətlər müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 1/16 finalda qrup mərhələsini ilk iki pillədə bitirmiş 24 komanda ilə yanaşı, Çempionlar Liqasında qrup üçüncüsü olmuş 8 klub da çıxış edəcək.

 

Dekabrın 11-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Püşkatmada komandalar səbətlərə aşağıdakı kimi bölünüb:

Səpələnmişlər: Milan (İtaliya), Arsenal (İngiltərə), Atalanta (İtaliya), Atletik (İspaniya), Atletiko* (İspaniya), Braqa (Portuqaliya), ÇSKA* (Rusiya), Dinamo K (Ukrayna), Latsio (İtaliya), Leyptsiq* (Almaniya), Lokomotiv M (Rusiya), Viktoriya (Çexiya), Zalsburq (Avstriya), Sportinq* (Portuqaliya), Vilyarreal (İspaniya), Zenit (Rusiya)

 

Səpələnməmişlər: AEK (Yunanıstan), Astana (Qazaxıstan), Seltik* (Şotlandiya), Srvena Zvezda (Serbiya), Borussiya D* (Almaniya), Styaua (Rumıniya), Kopenhagen (Danimarka), Ludoqorets (Bolqarıstan), Lion (Fransa), Marsel (Fransa), Napoli* (İtaliya), Nitsa (Fransa), Ostersund (İsveç), Partizan (Serbiya), Real Sosyedad (İspaniya), Spartak M* (Rusiya)

 

Qeyd: *-la işarələnmiş komandalar Çempionlar Liqasından gəlib.


Xəbər xətti