Ronaldo yenə həftənin ən yaxşısı seçildi

16:52 8 Dekabr 2017

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Real"ın hücumçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib.

Dortmund "Borussiya"sına 3:2 hesabı ilə qalib gəldikləri oyunda komandasının 2-ci qolunu vuran portuqaliyalı futbolçu Filippe Koutinyo ("Liverpul"), Kotentino Tolisso (PSJ), Bernard (“Şaxtyor”), Eden Hazard (“Çelsi”), Pako Alkaser (“Barselona”), Son Hin-Min (“Tottenhem”) və Xuan Kuadradonu (“Yuventus”) qabaqlayıb.

Qeyd edək ki, Ronaldo qrup mərhələsinin 5-ci turunda da həftənin ən yaxşı oyunçusu seçilmişdi.


Digər xəbərlər

Xəbər xətti