İki klubdan "Beşiktaş"ın qapıçısına təklif

18:15 9 Dekabr 2017

"Beşiktaş"da gözlənilənləri verməyən Denis Boyko klubdan ayrılacaq.

 

Sportarena.az xəbər verir ki, ukraynalı çərçivə qoruyucusuna ölkəsinin iki nəhəng komandası - "Dinamo" Kiyev və "Şaxtyor" "elçi düşüb". 29 yaşlı futbolçunun agenti bu komandalarla danışıqlar aparır.

 

Boyko 2016-cı ildə "Dnepr"dən "Beşiktaş"a keçmişdi. İstanbul klubu ötən mövsüm qapıçını "Malaqa"ya icarəyə vermişdi.


Digər xəbərlər

Xəbər xətti