Ukraynada ilin ən yaxşı məşqçisi və futbolçusu bəlli oldu

22:30 9 Dekabr 2017

Ukraynada 2017-ci ilin ən yaxşı futbolçusu və məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Ukrayna millisinin və "Şaxtyor"un yarımmüdafiəçisi Marlos ölkənin ən yaxşı oyunçusu seçilib. O, səsvermədə Andrey Yarmolenko və Fredi qabaqlayıb. İlin ən yaxşı məşqçisi də “Şaxtyor”lu olub. Donetsk təmsilçisinin portuqaliyalı çalışdırıcısı Paulo Fonseka ən yaxşı mütəxəssis seçilib.

 

 

Fonseka “Şaxtyor”u 2016-cı ildən çalışdırır. O, bu il Donetsk təmsilçisi ilə Ukraynada hər üç mükafata sahib çıxıb. Bundan əlavə, “Şaxtyor” portuqaliyalının rəhbərliyi altında UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

 

İlin ən yaxşıları Ukraynanın peşəkar klublarının məşqçiləri və oyunçuları arasında keçirilmiş sorğuda müəyyənləşib.


Digər xəbərlər

Xəbər xətti