"Borussiya" baş məşqçisi ilə bağlı qərarını verdi

11:53 10 Dekabr 2017

Dortmund “Borussiya”sının baş məşqçi Peter Boş istefaya göndərilir.

 

Sportarena.az xəbər verir ki, “Borussiya” Bundesliqanın 15-ci turunda “Verder”ə məğlub olub - 1:2. Bununla da dortmundluların qələbəsiz seriyası 8 oyuna çatıb. Klub rəhbərliyi “Verder”lə oyundan sonra baş məşqçi Boşun istefaya göndərilməsi barədə qərar qəbul edib. Rəsmi açıqlama bu gün veriləcək.

 

Qeyd edək ki, 54 yaşlı mütəxəssis komandaya bu ilin yayından rəhbərlik edirdi.


Xəbər xətti