39 yaşlı dünya çempionu özünə yeni klub tapdı

12:51 10 Dekabr 2017

Braziliya millisinin sabiq futbolçusu Lusionun yeni klubu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, 39 yaşlı müdafiəçi karyerasını ölkəsinin 4-cü liqasında çıxış edən "Qama" klubunda davam etdirəcək. O, yeni komandası ilə 1 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Lusio "Bayer", "Bavariya", "İnter", "Yuventus", "San Paolo" və "Palmeyras" kimi klublarda top qovub. Ulduz futbolçu 1 dəfə dünya çempionu olub və 1 dəfə də Çempionlar Liqasının qalibi adını qazanıb.


Xəbər xətti