Anatoli Banişevskinin ölümündən 20 il ötür

14:37 10 Dekabr 2017

Anatoli Banişevski: “Yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım “Neftçi”ni seçərdim”.

 

Sportarena.az xəbər verir ki, bu gün “Neftçi”nin əfsanəvi futbolçusunun ölümündən 20 il ötür. Anatoli Banişevski 1964-1978-ci illərdə "Neftçi”nin heyətində çıxış edib. 1966-cı ilin bürünc mükafatçısı karyerasının sonunadək sadiq qaldığı komandada 318 oyun keçirib, 136 qol vurub. 1965-1972-ci illərdə SSRİ yığma komandasının formasını geyinmiş və 19 qola imza atmış Banişevski 1966-cı ildə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. 1981-1982-ci illərdə “Neftçi”nin məşqçisi olmuş Anatoli Banişevski 1996-cı ildə “Şöhrət ordeni” ilə təltif edilib.

 

Bu gün “Neftçi” PFK-nın kollektivi Anatoli Banişevskinin qəbrini ziyarət edib, əfsanənin məzarı önünə gül qoyublar.

 

Allah rəhmət eləsin!


Digər xəbərlər

Xəbər xətti