Yunis Hüseynov: "Şanslar yenə bərabərdi"

16:41 10 Dekabr 2017

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Keşlə” ilə qarşılaşan “Kəpəz” 0:2 hesabı ilə məğlub olub.

 

Sportarena.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə adlamaq üçün şansların bərabər olduğunu deyib:

 

“Bu gün yaxşı nəticə qazanmaq istəyirdik, amma alınmadı. Gəncədə cavab oyunumuz var. İnanıram ki, cavab görüşündə daha yaxşı oynayacağıq. Kubok matçları iki oyundan ibarət olduğundan, şanslar yenə bərabərdi”.


Digər xəbərlər

Xəbər xətti