Ramiz Məmmədov: "Futbolçuları xəbərdar etmişdik"

Sportarena.az      10 Dekabr 2018, 16:57

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Keşlə” doğma meydanda “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib.

 

Sportarena.az xəbər verir ki, “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov oyundan sonra bunları deyib:

 

"Uşaqlar bu gün bacardıqlarını etdilər. Birinci hissədə vacib olan qolları vurduq. “Kəpəz” top saxlamağı sevən komandadı. Futbolçuları bu baxımdan xəbərdar etmişdik. İkinci hissədə rəqibin itiriləsi bir şeyi qalmamışdı. Fasilədən sonra “Kəpəz” bizi müdafiəyə çəkilməyə məcbur etdi. Uşaqlar da ağıllı oynayıb, qapımızın toxunulmazlığını qorudular.
Biz Nostradamus deyilik, həyatın nəbzini tutub, gedirik. Birdən-birə dəyişikliklər etmək çətindi. Uşaqlar göstərirlər ki, əsas heyətə düşməyə layiqdilər. Əvəzedici heyətdən gələnlər hazır olduqlarını bizə göstərirlər. Kim oynayırsa, meydan onundu. 

 

İrəliyə baxmaq lazımdı. Komandamız yavaş-yavaş öz oyununu tapmaq üzrədi. Futbolçularda özünəinam hissi qayıdıb. Bu gün birgə işlədiyim bütün futbolçulara təşəkkür edirəm. Hətta vaxtilə bu komandada oynamış və çalışmış futbolçulara, məşqçilərə də minnətdaram”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin