"Zirə"nin legionerindən ayrılıq mesajı - "Ən yaxşısı getməkdi"

Sportarena.az      10 Dekabr 2018, 21:34

"Zirə"nin futbolçusu David Manqa "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, yeganə qolun müəllifi qış fasiləsində paytaxt klubundan ayrılacağını söyləyib.

 

- Oyunu necə dəyərləndirirsən?
- Qol vuraraq, komandamın qələbəsinə yardımçı olduğum üçün çox məmnunam. Amma unutmayaq ki, hələ qarşıda cavab oyunu var. Səfər matçında üstünlüyümüzü qoruya və ya artıra bilərik. Hazırkı məqamda yalnız növbəti mərhələ barədə düşünməliyik.

 

- Bu hesab mərhələ adlamağa kifayət edəcək?
- Ən vacibi, qələbə qazanmaqdı. Necə oynayacağımızın fərqi yoxdu.

 

- Az oynamağınızın səbəbi nədi?
- Bəlkə də mükəmməl formada deyiləm. Amma hazırkı məqamda ən doğrusu, oyuna ehtiyatdan daxil olaraq, komandama güc qatmaqdı.


- Bəs ehtiyatda qalmağınız qışda müqavilənizə xitam verilməsinə səbəb ola bilərmi?
- Mən hələ "Zirə"nin bir parçasıyam. Klubla müqaviləm davam edir. Bu barədə danışmaq tez olardı.

 

- Məsələ "Neftçi" ilə oyundan sonra həll olunacaq?
- Oyundan sonra görəcəyik. Hələ qış fasiləsi də var.

 

- Özünüz burada qalmaqdan məmnunsunuz, yoxsa getmək istəyirsiz?
- Problem bundadı ki, Premyer Liqaya yaxşı başlamadım. Uyğunlaşma çox ləng getdi. Belə bir vəziyyətdə ən yaxşısı getməkdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin