Eddi İsrafilov meydanlara qayıtıdı

10:16 11 Dekabr 2017

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 17-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Sevilya Atletiko” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Eddi də bu görüşün iştirakçısı olub. Xeyli müddət idi yaşıl meydanlardan kənar qalan millimizin üzvü bu qarşılaşmanın 80-ci dəqiqəsindən etibarən oynamaq şansı qazanıb.

 

“Ximnastik" geridə qalan turlarda 21 xal toplayıb və hazırda 22 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.


Xəbər xətti