“Qarabağ”dan mövsümün rekordu

Sportarena.az      11 Dekabr 2018, 14:30

“Qarabağ” Azərbaycan Premyer Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb. 

 

Sportarena.az xəbər verir ki, 4-cü turdan təxirə salınan səfər matçında “Səbail”i 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri qış fasiləsinə mövsümün rekord seriyası ilə yollanıb. Belə ki, 6 oyunluq qələbə seriyası cari mövsümün rekord göstəricisidi.

 

Bunadək də rekord “Qarabağ”a məxsus idi. Ağdamlılar ilk 5 turda xal itirməmişdi. 14-cü turda həmin rekordu təkrarlayan komanda təxirə salınmış matçda nəticəni yeniləyib.
Bunadək Ağdam klubu 10-cu turda “Səbail”i 1:0, 11-ci turda “Kəpəz”i 2:0, 12-ci turda “Sumqayıt”ı 2:0, 13-cü turda “Zirə”ni 3:2, 14-cü turda “Neftçi”ni 1:0 hesabı ilə yenmişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin