Kintana üçün ikiqat yubiley

17:19 11 Dekabr 2017

Azərbaycan Premyer Liqasında 4-cü turdan təxirə salınan “Səbail” - “Qarabağ” oyununda vurduğu qolla qonaqların qələbəsində pay sahibi olan Dani Kintana ikiqat yubiley qeyd edib.

 

Sportarena.az xəbər verir ki, matçdakı 2-ci qolun müəllifi üçün bu top tarixi olub. “Səbail”in qapısından keçirilən qol ispaniyalının Premyer Liqada, hamısı “Qarabağ”da olmaqla 20-ci qoludu. O, Ağdam təmsilçisindəki 56-cı matçında ikinci “onluğ”u tamamlayıb. Həmin qol Kintananın ümumilikdə “Qarabağ”dakı 25-ci topudu. O, bu yubileyi 91-ci oyununda rəsmiləşdirib.

 

Qeyd edək ki, “Qarabağ” səfər oyununda 2:0 hesabı ilə qələbə qazanıb.


Xəbər xətti