"Bavariya"nın futbolçusu qəzaya düşdü

17:43 11 Dekabr 2017

“Bavariya”nın futbolçusu Rafinya avtomobil qəzasına düşüb.

 

Sportarena.az xəbər verir ki, hadisə Rafinya Qundelfinqdə azarkeşlərlə görüşə gedərkən baş verib. Yol qarlı və buzlu olduğu üçün Rafinya idarəetməni itirib və onun maşını başqa bir avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.

 

Avtomobili əzilən Rafinya fan-kluba zəng edib. O, azarkeşlərin göndərdiyi avtomobillə görüşə gedə bilib. Futbolçu tədbirdən sonra Münhenə də azarkeşlərin ayırdığı avtomobillə qayıdıb.


Digər xəbərlər

Xəbər xətti