Sportarena.az
23 Yanvar 2018

Qurban Qurbanov: "Rəşad 1 il də oynamaq düşüncəsində idi"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə “Sumqayıt”ı 2:1 hesabıyla məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Ağır oyun oldu. “Sumqayıt” matça çox yaxşı hazırlaşmışdı. Komandamın yorulduğunu bu gün tam hiss etdim. Bununla belə, futbolçularıma təşəkkür edirəm. Lazım olan anda sürəti artırdılar. Kubok görüşləri fərqlənir. “Sumqayıt” da bunu bizə hiss etdirmyi bacardı. Cavab matçı var. Həmin görüşün daha ağır olacağını təsəvvür edirəm. Az vaxtımız olsa da, futbolçuları həmin qarşılaşmaya hazırlamağa çalışağıq.

 

- Buraxılan qol sizə problem yarada bilərmi?
- Belə matçlarda səfərdə vurulan qol üstünlükdü. Bundan əlavə, “Sumqayıt” öz meydanında yaxşı oyun göstərir. Səfərdəki matçda əlimizə düşən imkandan istifadə etməyə çalışmalıyıq.

 

- Aşağı yaş qruplarına məşqçi təyinatları haqda xəbərlər yayılıb. U-21-in baş məşqçisi postuna Rəşad Sadıqovun gətiriləcəyi bildirilir. Bu barədə nə deyə bilərsiz?
- Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur. İşlər gedir, dəyişikliklər gözlənilir. Sabah yox, birisigün rəsmi açıqlama ola bilər. İnşallah, dəyişikliklər baş verəcək.

 

- Rəşad Sadıqov U-21-ə baş məşqçi təyin olunsa, futbolçu karyerasını bitirəcək?
- Rəşad 1 il də oynamaq düşüncəsində idi, ən azı maya kimi oynamaq istəyirdi. Rəşad bizə meydanda lazımdı. İstərdik ki, meydanda da olsun. Ancaq bu məsələni zamana buraxacağıq. Tam işin içində olduqdan sonra bu haqda qərar veriləcək.

Tarix
11.12.17 [23:19]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 Yanvar
22 Yanvar 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2018 Sportarena.az
Saytı hazırladı: Five studio