"Sumqayıt"ın məşqçisi: "Çalışacağıq mərhələni adlayan tərəf biz olaq”

23:34 11 Dekabr 2017

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Qarabağ”a 1:2 hesabıyla uduzan “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov oyunsonrası mətbuat konfransında matçla bağlı fikirlərini səsləndirib:

 

Sportarena.az xəbər verir ki, o, qısaca olaraq bunları söyləyib:

 

“Maraqlı oyun oldu. “Qarabağ” üstün oyun sərgilədi. Bu komanda Azərbaycan çempionatını aşmış komandadı. Qurban Qurbanovu qələbə münasibəti ilə təbrik edirəm. Komandamızın 70 faizi gənclərdən ibarətdi. Bu oyunçular Azərbaycan millisinin gələcək üzvləridi. Kubok mübarizəsi iki matçdan ibarətdi. Çalışacağıq mərhələni adlayan tərəf biz olaq”.


Digər xəbərlər

Xəbər xətti