Sabiq "Qarabağ"lının yeni klubu müəyyənləşdi

10:52 12 Dekabr 2017

"Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem özünə yeni komanda tapıb.

 

Sportarena.az xəbər verir ki, bir neçə gün öncə Qazaxıstanın "Aktobe" klubu ilə yollarını ayıran makedoniyalı futbolçu karyerasını Albaniyada davam etdirəcək. O, “Flamutari” klubu ilə anlaşıb. 29 yaşlı yarımmüdafiəçi artıq yeni klubu ilə rəsmi müqaviləyə də imza atıb.

 

Muarem 2012-2015-ci illər aralığında, eləcə də 2016/17 mövsümündə "Qarabağ"da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti