"Qarabağ"ın qurbanlarının yolu kəsişdi" - FOTO

11:11 12 Dekabr 2017

Məlum olduğu kimi, dünən Avropa Liqasının 1/16 final mərhələsinin oyunlarının püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, püşkün nəticəsinə görə, "Qarabağ"ın Çempionlar Liqasındakı keçmiş rəqibləri "Kopanhagen" və "Atletiko" bir-birilərinə rəqib olublar.

 

Bu komandaların üz-üzə qalması təkcə Azərbaycanda böyük marağa səbəb olmayıb. Elə İspaniya mətbuatında da bu məsələyə xüsusi yer verilib. Xüsusilə "Mundo Deportivo" nəşrinin əməkdaşı Çema Fuenta yazısı diqqət çəkib. O, "Kopenhagen" - "Atletiko": "Qarabağ"ın qurbanlarının yolu kəsişdi" başlıqlı yazıda bu komandaların "Qarabağ"la bacara bilməməsindən bəhs edib və hər iki komandanın "Qarabağ"la keçirdiyi görüşlərin nəticələrini xatırladıb.

 

Qeyd edək ki, "Qarabağ" "Kopanhagen"lə ÇL-in pley-off mərhələsində (1:0, 1:2), "Atletiko" ilə isə qrup mərhələsində (0:0, 1:1) üz-üzə gəlmişdi.

 


Xəbər xətti