"Kəpəz" "Keşlə" ilə cavab oyununa hazırlaşır

Sportarena.az      12 Dekabr 2018, 13:38

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda Gəncədə “Keşlə”ni qəbul edəcək “Kəpəz” qarşıdakı matçın hazırlıqlarına başlayıb.

 

Sportarena.az xəbər verir ki, Bakıda keçirilən ilk görüşdən sonra komanda üzvləri istirahət etmədən dünən məşqə çıxıblar. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçib. Komandanın bugünkü məşqi isə Bakı Olimpiya Stadionunun yardımçı meydançasında olacaq.

 

“Kəpəz” oyun öncəsi son çalışmasını Gəncədə görüşün  keçiriləcəyi şəhər stadionunda edəcək. Məşq prosesi dekabrın 13-ü saat 15:30-a təyin olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin