Türk futbolçu transseksualla evlənməyə hazırlaşır - FOTOLAR

15:26 12 Dekabr 2017

Bir neçə gün əvvəl Türkiyənin "Diyarbəkirspor" klubundan ayrılan Gökhan Çıra şəxsi həyatı ilə növbəti dəfə gündəmə gəlib.
 
Sportarena.az xəbər verir ki, futbolçu cinsiyyət dəyişdirmiş transseksual sevgilisi Selin Ciyərçi ilə evlənməyə hazırlaşır. "Instagram" sosial şəbəkəsində fenomen olan Ciyərçi bir müddət əvvəl müsahibəsində Çıra ilə 2018-ci ildə evlənəcəklərini açıqlamışdı.
 
Son olaraq isə Selin Ciyərçinin modelyer Gülşən Pəhləvanoğluna gəlinlik tikdirməsi barədə xəbər yayılıb. Moda evinə Gökhan Çıra ilə gedən və gəlinlik geyinən Ciyərçi futbolçu sevgilisi ilə fotosunu "Instagram" hesabından paylaşıb.
 
 
 
 


Digər xəbərlər

Xəbər xətti