“Barselona” müdafiəçi transfer etdi - Razılıq əldə olundu

18:10 12 Dekabr 2017

“Barcelona” qış transfer dönəmində heyətinə mərkəz müdafiəçisi cəlb edəcək.

 

Sportarena.az xəbər verir ki, Kataloniya klubuna yanvarda qoşulacaq oyunçu artıq bəllidir. Bu, “Palmeyras”ın üzvü Yerri Minadı. Klublar bir müddət əvvəl bu transferdə ortaq məxrəcə gəlmişdilər və keçid mövsümün sonuna planlaşdırılırdı. Lakin Samuel Umtitinin zədələnməsi və Xavyer Maskeranonun gələn ay ayrılmaq istəməsi Minanın transferinin tezləşməsinə səbəb olacaq.

 

Kolumbiya millisinin 23 yaşlı üzvü dekabrın sonunda İspaniyaya köçəcək. Bu keçid “Barca”ya 9 milyon avroya başa gələcək.


Digər xəbərlər

Xəbər xətti