PFL-dən maliyyə monitorinqi - Bir kluba transfer qadağası qoyuldu

15:16 13 Dekabr 2017

Fransanın "Lill" futbol klubuna tranfer qadağası qoyulub.
 
Sportarena.az xəbər verir ki, ölkənin Peşəkar Futbol Liqası klubların maliyyə vəziyyəti ilə bağlı monitorinq aparıb. Araşdırmlardan sonra məlum olub ki, "Lill"də maliyyə vəziyyəti heç də yaxşı deyil. Bu səbəbdən klub qış transfer pəncərəsində transfer etməyi qadağan edib. Bu klubda növbəti yoxlama may ayında olacaq. Vəziyyət düzəlməsə, qadağanın müddəti artırılacaq.
 
"Monako", PSJ və "Metz" klublarında da araşdırmalar aparan PFL bu klublara cəza verməyib. Qurum maliyyə durumuna görə "Monako"nun Liqa 1 klubları arasında ən yaxşı olduğunu da açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti