Kasilyas "Porto"dan ayrılmaq istəyir

17:09 13 Dekabr 2017

İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas "Porto"nu tərk etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, 36 yaşlı qapıçı oyun praktikasının azlığından narazıdır. Onun yanvarda özünə başqa klub tapmaq fikri var.

 

Kasilyas mövsümə "Porto"nun əsas qapıçısı kimi başlasa da, 8 turdan sonra ehtiyata göndərildi. Portuqaliya çempionatında geridə qalan 6 turda komandanın qapısını Joze Sa qoruyur. Onun 6 younda cəmi 2 qol buraxması baş məşqçi Serjio Konseysaonu da tam razı salır.

 

Kasilyasın klubla müqaviləsi 2018-ci ilin yayında başa çatır. Onun xidmətində bir müddət əvvəl "Liverpool" maraqlı idi.


Digər xəbərlər

Xəbər xətti