Ramin Quliyev millidəki işindən danışdı

17:46 13 Dekabr 2017

Azərbaycan U-17 yığmasının yeni baş məşqçisi Ramin Quliyev AFFA-nın saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, gənc mütəxəssis ona olan etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini deyib:

 

“Milli komandada çalışmaq son dərəcə məsuliyyətli, bir o qədər də şərəfli işdi. Belə bir vəzifəni mənə həvalə etdikləri üçün minnətdarlığımı bildirirəm. Etimadı doğrultmaq, üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün əlimdən gələni edəcəm”. 


Xəbər xətti