"Kəpəz" "Keşlə" ilə oyuna itkilərlə çıxacaq

21:55 13 Dekabr 2017

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində doğma meydanda “Keşlə”ni qəbul edəcək “Kəpəz” bu gün Gəncəyə yollanıb.

 

Sportarena.az xəbər verir ki, "sarı-göylər" qarşıdakı matça hazırlığın əsas hissəsini Bakıda keçirib. Gəncə təmsilçisinin oyun öncəsi son məşqi qarşılaşmaya ev sahibliyi edəcək şəhər stadionunda olub.

"Kəpəz" kubok görüşünə itkilərlə çıxacaq. Kərim Diniyev və Viktor Oseqeyl zədəli olduqlarından komandaya kömək etməyəcək.

Oyun dekabrın 14-də saat 13:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti