“Sumqayıt”ın baş məşqçisi Kosta və Qodinlə birgə - FOTO

22:36 13 Dekabr 2017

Xəbər verdiyimiz kimi, “Sumqayıt”ın baş məşqçisi Samir Abasov UEFA-nın PRO kateqoriyası üzrə məşqçi kurslarını uğurla başa vurması məqsədi ilə İspaniyaya yollanıb.

 

Sportarena.az xəbər verir ki, gənc çalışdırıcı AFFA-nın dəstəyi ilə təcrübə proqramının növbəti mərhələsini 10-17 dekabr tarixləri arasında Madrid “Atletiko”sunun düşərgəsində keçirəcək. 1 həftə davam edəcək olan təcrübə proqramında Samir Abasov “Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone ilə görüşəcək və komandanın hazırlıq prosesini izləyəcək.

 

Səfər çərçivəsində Abasov Madrid təmsilçisinin futbolçuları ilə də görüşüb, onlarla şəkil çəkdirib. “Sumqayıt”ın sosial şəbəkələrdəki hesabında baş məşqçinin Dieqo Kosta və Dieqo Qodinlə fotoları paylaşılıb.


 


Digər xəbərlər

Xəbər xətti