"Real" dünya çempionatının finalında

01:44 14 Dekabr 2017

Klublararası dünya çempionatında yarımfinal mərhələsinin son oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, "Real" "Əl-Cazira" (BƏƏ) ilə qarşılaşıb. Matç Madrid klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə "Real" finala yüksəlib. Zinəddin Zidanın komandası həlledici görüşdə Braziliyanın "Qremio" klubu ilə üz-üzə gələcək.

 

Klubllararası dünya çempionatı, 1/2 final

13 dekabr

Əl-Cazira - Real 1:2
Qollar:
Romarinyo, 41. Ronaldo, 53. Qaret Beyl, 81.


Digər xəbərlər

Xəbər xətti