Messi: "Ümid edirəm, futbol mənə olan borcunu ödəyər"

11:41 14 Dekabr 2017

“Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi yığmanın baş məşqçisi Xorxe Sampaolinin “futbol Messiyə dünya kuboku borcludu” sözlərinə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, Leo yerli mətbuata açıqlamasında futbolun ona olan borcunu ödəyəcəyinə ümid etdiyini deyib:

 

“Hə, bunu eşitmişəm. Mənə də dedi. Ümid edirəm, futbol sonda mənə olan borcunu ödəyər. Rusiyaya getməmək həm mənim, həm də komanda üçün böyük zərbə olardı. Bunu necə qəbul edərdim, bilmirəm”.


Digər xəbərlər

Xəbər xətti