"Qarabağ"ın futbolçusu Çin klubunun hədəfində

13:26 14 Dekabr 2017

“Qarabağ”ın hücumçusu Dino Ndlovu karyerasını Çində davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu ölkənin birinci liqa təmsilçisi “Xançjou Qrintaun” klubu cənubi afrikalı futbolçunun xidmətində maraqlıdı. Məlumatı “Goal.com” saytı yayıb.

 

Xəbərdə klubun 27 yaşlı forvardın transferi üçün “Qarabağ”la danışıqlar apardığı, Ağdam təmsilçisinə 1 milyon avro təklif etdiyi qeyd edilib.

 

Xatırladaq ki, Ndlovu ötən ildən Ağdam klubunun uğurları üçün çalışır. O, “köhlən atlar”da keçirdiyi 59 oyunda 24 qol vurub.


Digər xəbərlər

Xəbər xətti