Eto "Fənərbaxça"ya keçir?

15:18 14 Dekabr 2017

“Antalyaspor”la yollarını ayıracağı deyilən Samuel Eto karyerasını “Fənərbaxça”da davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə kamerunlu hücumçunun qışda “Fənər”ə 6 aylıq icarəyə veriləcəyi, mövsümün sonunda isə “sarı-lacivərdlilər”ə transferi ilə bağlı danışıqların başlanacağı qeyd edilib.

 

Qeyd edək ki, 36 yaşlı futbolçu cari mövsümdə şans qazandığı 14 oyunda 6 qol vurub.

 


Digər xəbərlər

Xəbər xətti