Ramiz Məmmədov: "Hansı qərar veriləcək, ona hörmətlə yanaşacam"

Sportarena.az      14 Dekabr 2018, 17:24

"Keşlə" Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda səfərdə “Kəpəz”i 3:2 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov matçla bağlı fikirlərini bildirib:

 

“Bu oyunun məsuliyyətini hiss edirdik. Futbolçulara demişdim ki, bu duel iki hissədən ibarətdi. Bakıda 2:0 hesabı ilə qalib gəlsək də, mərhələ keçəcəyimizə arxayın deyildik. Gəncə həmişə bütün klublar üçün keçilməz sədd olub. İndi bir az tənəzzüldə olsa da, inanıram ki, “Kəpəz” Yunis Hüseynovun rəhbərliyi altında layiqli yerini özünə qaytaracaq. Futbolçularımız verdiyimiz tapşırıqları layiqincə yerinə yetirdilər”.

 

Məmmədov “Keşlə”dəki taleyinin necə olacağı haqda suala da cavab verib:

 

“Mənə çempionatda dörd oyun və kubok matçları tapçırılmışdı. İşlədiyim bütün klublarda rəhbərliyin qərarına hörmətlə yanaşmışam. Gücüm nəyə çatırdı, bacardığımı göstərdim. Artıq yerdə qalan məsələlər, işimə qiymət rəhbərliyindi. Hansı qərar veriləcək, ona hörmətlə yanaşacam”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin