"Sumqayıt" azarkeşlərdən dəstək istədi

23:54 14 Dekabr 2017

"Sumqayıt" sabah 2017-ci il üçün son ev oyununa çıxacaq.

 

Sportarena.az xəbər verir ki, komanda doğma meydanda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Qarabağ"ı qəbul edəcək. Adıçəkilən qarşılaşma sabah saat 19:00-da start götürəcək. “Sumqayıt” bu oyun üçün azarkeşlərindən dəstək istəyib. Klubun yaydığı məlumatda bunları qeyd olunub:

 

“Bütün azarkeşlərimizi "Qarabağ"la baş tutacaq son oyunda komandamızı dəstəkləməyə dəvət edirik. “Sumqayıt”ın ilin son oyununda dəstəyinizə ehtiyacı var!”.

 

Xatırladaq ki, cütün ilk oyunu rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.


Digər xəbərlər

Xəbər xətti