"Qarabağ"ın futbolçusu KONKAKAF-ın ən yaxşısı seçildi

13:22 15 Dekabr 2017

"Qarabağ"ın futbolçusu Donald Gerye KONKAKAF-da (Şimali və Mərkəzi Amerika, Karib hövzəsində ali futbol qurmu) 2017-ci ilin ən yaxşı yarımmüdafiəçisi seçilib.

 

Sportarena.az xəbər verir ki, haitili oyunçu  komandaların baş məşqçiləri, kapitanları, jurnalistlər və azarkeşlər arasında bu nominasiyada keçirilən sorğuda səslərin 33 faizini toplayaraq hamını qabaqlayıb.

 

David Quzman (Kosta-Rika, "Portland Timbers") ikinci, Brayan Ruis (Kosta-Rika, "Sportinq") 3-cü olub.


Xəbər xətti