Nizami Hacıyev və Mirhüseyn Seyidovla bağlı qərara yenidən baxılacaq

Sportarena.az      15 Dekabr 2018, 14:46
AFFA İntizam Komitəsinin üç şəxsə oyunların idman nəticəsinin manipulyasiyasında iştirakına görə futbola aid hər bir məşğuliyyətin ömürlük qadağan edilməsi ilə bağlı qərarına yenidən baxılacaq.
 
Sportarena.az xəbər verir ki, bu barədə "Report”a UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov məlumat verib. O bildirib ki, "Keşlə”nin sabiq futbolçuları – Nizami Hacıyev və Mirhüseyn Seyidov, eləcə də "Neftçi”nin sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verib. Onun sözlərinə görə, sözügedən şəxslərlə bağlı yekun qərar 2018-ci ilin əvvəlində veriləcək.
 
K.Cəbrayılov bildirib ki, hazırda araşdırmalar davam edir. O, yaxın gələcəkdə də cəzaların olacağını istisna etməyib: "Hazırda daxil olan məlumatlara əsasən araşdırmalar davam edir. Klub rəsmilərinin və məşqçilərin danışılmış oyunlarda iştirakı ilə bağlı konkret informasiya yoxdur. Olarsa, həmin şəxslər də cəzalandırılacaqlar. Proses davam davam etdiyi müddətdə ətraflı açıqlamaq olmur. Çünki bu istintaq fəaliyyətinin detalı ola bilər”.
 
Qeyd edək ki, Nizami Hacıyev və Mirhüseyn Seyidov dekabrın 1-də, Ağakişi Mehdizadə isə dekabrın 6-da AFFA İntizam Komitəsinin qərarı ilə futboldan ömürlük uzaqlaşdırılıblar. Hər 3 şəxs çalışdıqları klublardan kənarlaşdırılıb. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin