"Neftçi"nin Türkiyədə kimlərə qarşı oynayacaq?

17:17 15 Dekabr 2017

"Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu gündən etibarən istirahətə buraxılan “ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışı keçmək üçün yanvarın 5-də bir araya gələcəklər. Əsasən fiziki hazırlığa üstünlük veriləcək ilk mərhələ yanvarın 15-dək Bakıda təşkil olunacaq. Yanvarın 12-də yerli klublardan biri ilə yoxlama oyunu keçirilməsi nəzərdə tutulub.

 

Yanvarın 17-dən 31-dək Türkiyənin Antalya şəhərinə yollanacaq komanda Bələkdə yerləşən "Alva Donna" otelində məskunlaşacaq. Bu mərhələdə daha çox texniki və taktiki hazırlığa nəzər yetiriləcək.

 

"Neftçi”nin Türkiyədə 5 yoxlama oyunu keçirməsi planlaşdırılır. Komanda yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk", 25-də Rumıniyanın "Konkordiya” və Ukraynanın "Çernomorets”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə qarşılaşacaq. Təlim məşq-toplanışında yanvarın 30-u nəzərdə tutulan görüşə isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti