"Zirə" də Türkiyəyə gedəcək

17:36 15 Dekabr 2017

“Zirə”nin qış hazırlıq planı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, dünən “Neftçi” ilə kubok oyunundan sonra istirahətə buraxılan komanda bir də gələn il yanvarın 4-də təlim-məşq toplanışı üçün bir araya gələcək. Yanvarın 19-na kimi paytaxtda hazırlıqlarını davam etdirəcək Ayxan Abbasovun yetirmələri bu müddətdə bir yoxlama matçı keçirmək fikrindədi. “Qartallar” ayın 18-də və ya 19-da yerli klublardan biri ilə qüvvəsini sınayacaq. Bununla da hazırlığın ilk mərhələsi yekunlaşacaq.


Yanvarın 21-də Türkiyəyə yollanacaq qəsəbə təmsilçisi hazırlıqlarının ikinci hissəsini bu ölkədə keçəcək. Antalyada Side bölgəsində məskunlaşacaq "Zirə" burda üç yoxlama matçı keçirəcək. Qarşılaşmalar 27, 30 yanvar və 2 fevral tarixlərndə nəzərdə tutulub. “Qartallar” fevralın 4-də Bakıya qayıdacaq.


Digər xəbərlər

Xəbər xətti